Safura ana olacağını belə elan etdi
Tarix: 2-06-2017, 10:33



“Eurovision: 2010” mahnı müsabiqəsinin iştirakçısı, eks- müğənni Safura Əlizadə yenidən ana olacaq. 
“Qafqazinfo” xəbər verir ki, Əlizadə instaqramda ailəsi ilə birgə fotolarını paylaşıb. Yayımlanan şəkildə Safuranın xarici görünüşündəki dəyişiklik diqqətdən qaçmayıb.  
Onun bir neçə aydır ki, hamilə olduğu məlum olub.  Keçmiş ifaçı fotoların may ayında çəkildiyini bildirib. 
Qeyd edək ki,Safura Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə qurub. Onların İsgəndər adlı bir oğlan övladı var. 

Paylaş: