Xatun oğlunu mediadan niyə gizlədib?
Tarix: 4-02-2019, 11:34



"Onlarla 3 dəqiqə" rubrikasının növbəti qonağı müğənni Xatun Əliyeva olub. UlduzumSan.Az-ın məlumatına görə, sənətçi rubrikanın aparıcısının 33 sualını cavablandırıb.
Xatun ona ünvanlanan "Həyat yoldaşından niyə boşanmısan? Ailəlisən? Oğlunu niyə gizlədirsən? Ölüb yerin altına girmək istədiyin an olub? Fatimə, yoxsa Rəqsanə" sözlərinə belə münasibət bildirib:
"Cavanlıq səhvi idi. Oğlum sevmir onu tanısınlar. Ailəli deyiləm. Adım bəziləri ilə hallananda ölüb yerin altına girmək istəmişəm. Ailəli deyiləm.
Nə Fatimə, nə Rəqsanə".
O, "Şou-biznesin ən göyçək rəqqasəsi kimdir" sualına "Oksana" cavabını verib.
"Hansı müğənniyə qadağa qoyarsınız" sulaına gözlənilməz cavab verib.
O, "Elnarəyə qadağa qoyardım. Gedib evdə oturub uşaqlarına baxsın" sözlərini deyib.
Suallara vaxtında cavab verə bilməyən Xatun 10 ifaçını parodiya edib. Onlar arasında xalq artisti Aygün Kazımova, Nazpəri Dostəliyeva, əməkdar artist Tünzalə Ağayeva, müğənni Şəbnəm Tovuzlu və başqaları yer alıb.

Paylaş: