"Sənəti olmaq adam olmaq anlamına gəlmir"
Tarix: 2-02-2019, 10:23



Aparıcı Sərxan Kərəmoğlu verilişlərin birində qonaq olub. UlduzumSan.Az-ın məlumatına görə, proqram zamanı müğənni Mətanət Əsədova ilə onun arasında baş verən qalmaqal müzakirə olunub. Kərəmoğlu bildirib ki, Mətanətlə dalaşmayıb: “Hər kəs xanım ola bilməz. Xanımlıq böyük bir şeydir. Həmin qadınla davam olmayıb. Onun verilişdə mənimlə davası olub. Gündəmdə olan bir məsələyə rəy bildirmişəm. Onu söyməmişəm, alçaltmamışam. Sənəti olmaq adam olmaq anlamına gəlmir”.
Daha sonra verilişə Mətanət Əsədova telefonla bağlanaraq Sərxanla aralarındakı qalmaqala aydınlıq gətirib: “Sərxanın aparıcılıq etdiyi verilişə gəlməli idim, alınmadı. Həmin dövrdə evimdə söz-söhbət var idi. Tolik, onun yox, sənin verilişinə gəldiyim üçün "İnstagram"da tamam başqa fikirlər yazdı. Mən onu yox, o məni təhqir etdi. Çıxıb efirdə ağzına gələni danışdı.
Hətta əlini çevirib mənə dedi ki, “kül sənin başına”. Mənə nə deyibsə, cavabını da alıb. Fikir verirəm, yenə dilinə sahib çıxmır, mənə sözlər atır. Dillənmirəm, kənara çəkilib izləyirəm. Belə bir məsəl var - “Söymə şah atamı, söyməyim nökər atanı”. İndi də eşidirəm ki, məni məhkəməyə verib. Bilirəm, Sərxan niyə belə edir. Hər şeyi orada həll edəcəyik”.
Sərxan Mətanətin bu sözlərinə sərt reaksiya verib: “Hamı gördü ki, Mətanət yenə mənə şər atır. Söyləyir ki, nələrsə danışıram. Verilişimdə heç kəsi təhqir etməmişəm. Özümü mələk simasında göstərmək niyyətim yoxdur. Haqqın tərəfindəyəm. Tamaşaçılarımızı ayıq olmağa çağırıram. Yenə şər-böhtanla üz-üzə qaldım. Bizim işimiz məhkəmədədir. Sərxan bağışlayandır”.
Qeyd edək ki, Sərxan Kərəmoğlu ilə Mətanət Əsədovanın davası içkili halda videosunun yayılmasından sonra başlamışdı.

Paylaş: