Acundan boşanan Şeymadan etiraf: "Mənə necə sevməyi öyrətdin"
Tarix: 31-01-2019, 17:47



Ötən il aparıcı Acun Ilıcalı ilə boşanan model Şeyma Subaşı uzun müddətdən sonra eşqini etiraf edib.
Open.az xəbər verir ki, italyan DJ Guido ilə eşq yaşayan Şeyma sosial şəbəkədə bu barədə paylaşım edib.
O, paylaşımını belə şərh edib: "Azadam. Çünki mənə necə sevəcəyimi, eşqi öyrətdin".
Acunun isə Şeymanın oturduğu villanı 13 milyon lirəyə satışa çıxararaq, ona daha kiçik bir ev alacağı bəlli olub.
Qeyd edək ki, Ilıcalı hazırda özündən 20 yaş kiçik model Itır Esenlə sevgilidir.

Paylaş: