"Məni Türkiyədə "Azərbaycanın Sibelcanı" kimi təqdim etdilər" - Şəbnəm Tovuzlu
Tarix: 31-01-2019, 16:12



"Məni Türkiyədə iştirak etdiyim mükafatlandırma gecəsində "Azərbaycanın Sibelcan"ı kimi təqdim etdilər.

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində deyib. İfaçı xanım türkiyəli müğənni Sibel Cana oxşarlığından danışıb:

"Linza taxdım. Sibel Canın geyimini hazırlatdırdım, mükafatı aldım. Orda məni "Azərbaycanın Sibelcanı" kimi təqdim etdilər".

Qeyd edək ki, Ş.Tovuzlu Türkiyədə 2017 -ci ilin ən çox sevilən və dinlənən “Qadasın alaram” mahnısına görə “LOBʼİN TURKEY” mükafatı ilə təltif olunub.



"Məni Türkiyədə "Azərbaycanın Sibelcanı" kimi təqdim etdilər" - Şəbnəm Tovuzlu - FOTOLAR
"Məni Türkiyədə "Azərbaycanın Sibelcanı" kimi təqdim etdilər" - Şəbnəm Tovuzlu - FOTOLAR

Paylaş: