Barışıq addımı atıldı, toy davası bitdi
Tarix: 31-01-2019, 11:01



Müğənni Xatun Əliyeva bir müddət bundan əvvəl qalmaqal yaşadığı Rəqsanə İsmayılovaya barışıq addımı atıb. “Qafqazinfo” xəbər verir ki, Xatun ötən gün müğənni Sevda Yahyayevanın prodüseri Tural Nəbiyevin nişan mərasimində Rəqsanənin qızı Aysun İsmayılova ilə görüşüb.
Sənətçi küsülü həmkarının övladı ilə rəqs etməyə başlayıb, “İnşallah, Aysunun toyunda. Rəqsanəyə də salamlar” – deyərək sənətçiyə barışıq əlini uzadıb. 
Xatırladaq ki, hər iki müğənni arasında anlaşılmazlıq toy üstündə olub. Toy sahibi birinci Xatunla razılaşıb. Daha sonra Rəqsanə araya girərək Xatunu məclisdən “burub”.  Lakin Rəqsanə açıqlamasında “Ev sahibi deyirsə, Xatunu yox, Rəqsanəni çağır, bu mənim günahım deyil “ – deyərək ifaçıya cavab vermişdi. 

Paylaş: