Xanımı Necatiyə xəyanət edirmiş - 10 milyon təzminat istəyir
Tarix: 31-01-2019, 11:00



Türkiyənin məşhur aktyoru Necati Şaşmazın 7 illik xanımı Nagehan Şaşmazdan ayrılma səbəbi ortaya çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə KİV-ləri aktyorun xəyanətə görə boşanmaq istədiyini iddia edib. Aldadan tərəf isə Nagehan Şaşmaz olub. Bu səbəbdən aktyor keçmiş xanımından 10 milyon TL dəyərində təzminat tələb edir. Bu barədə Necati Şaşmazın vəkili məlumat yayıb. 
O, Anadolu Ailə Məhkəməsinə təqdim etdiyi sənədlərdə ailənin Nagehan Şaşmazın qüsurlu davranışına görə dağıldığını qeyd edib, valideynlik hüququnun ataya verilməsini tələb edib. 

Paylaş: