Jurnalisti Nazimi ölümcül hala salan həkim müalicə edəcək
Tarix: 31-01-2019, 10:38



Bədənində 7 şiş olduğu aşkar edilən tanınmış jurnalist Tahirə Məmmədqızını müğənni Faytonçu Nazimi yanlış əməliyyat edərək ölümcül vəziyyətə salan cərrah Elman Əzimov əməliyyat edəcək.
Axar.az xəbər verir ki, bu barədə jurnalist özü Medicina.az-a açıqlamasında bildirib. O qeyd edib ki, televiziya verilişlərinin birində xəstəliyi ilə bağlı danışdıqdan sonra cərrah Elman Əzimov özü ona zəng edib.
T.Məmmədqızı E.Əzimovun Faytonçu Nazimin vəziyyətinin ağırlaşmasına səbəb olan həkim olduğunu bilsə də, onun təklifini rədd etməyib:
“Verilişdə xəstəlikdən söz düşdü, açıqladım. Ondan sonra mənə cərrah Elman Əzimov zəng etdi ki, mən səni təmənnasız müayinə və əməliyyat edəcəyəm, gözləmə, gəl. Bu o Elman Əzimovdur ki, Faytonçu Nazimin əməliyyatı ilə bağlı gündəmə gəlmişdi, haqqında çox şeylər yazılmışdı.
Amma hamı bilir ki, mən o məsələdə həkimin işini araşdıranda, onunla yaxından tanış oldum, gördüm ki, bu həkim deyilən kimi deyil, çox bilikli və elmi işləri olan cərrahdır. O həkimi müdafiə etdiyimə görə məni çox qınadılar. Amma bu gun ona güvənirəm”.
Xatırladaq ki, jurnalist T.Məmmədqızıda 7 şiş aşkarlanıb. Şişlərin bəd, yoxsa xoşxassəli olduğu analiz cavablarından sonra məlum olacaq.

Paylaş: