Acun Şeymaya aldığı villanı satışa çıxardı
Tarix: 30-01-2019, 12:02



Keçdiyimiz aylarda Şeyma Subaşı ilə evliliyini bitirən iş adamı Acun Ilıcalı keçmiş həyat yoldaşına toy hədiyyəsi olaraq aldığı villanı 13 milyon avroya satışa çıxarıb. 
 
Primetime.az xəbər verir ki, Subaşı bu yaxınlarda Acunla olan münasibətləri ilə bağlı müsahibə verib. Belə ki, iddialara görə, cütlüyün boşanma protokolunda Şeyma Subaşının münasibətlərlə bağlı danışmaması haqqında maddə var. Lakin Şeyma buna əməl etməyib. Verilən məlumata görə isə Acunun villanı satmasına səbəb elə bu olub.
 
Xatırladaq ki, Şeyma Subaşının fransız DJ Guido Senia ilə eşq münasibəti yaşadığı deyilir.

Paylaş: