Xatirə estetik əməliyyatdan sonra
Tarix: 30-01-2019, 10:58



Müğənni Xatirə İslam estetik əməliyyatından iki həftə sonra özünə ad günü keçirib. “Qafqazinfo” xəbər verir ki, o, dostlarını, bir neçə incənət nümayəndəsini doğum gününə dəvət edib. 
Bakının məşhur restoranlarından birində qeyd olunan məclis qapalı keçirilib və ad günündən çəkilən görüntülər sosial şəbəkələrdə demək olar ki, paylaşılmayıb. 
Lakin müğənni Nicat Məhərrəmov instaqramda Xatirənin əməliyyatdan sonra yeni görüntüsünü izləyiciləri ilə bölüşüb, həmkarını təbrik edib. 
Qeyd edək ki, X. İslam bir müddət bundan əvvəl piysovurma əməliyyatı (Liposaksiya) etdirib. 
 



Paylaş: