Ağır əməliyyat keçirən xalq artisti: “Muğam Müsabiqəsində iştirak edəcəm...”
Tarix: 30-01-2019, 10:00



Ötən ay onurğa sütunundan çox ağır əməliyyat keçirən xalq artisti Arif Babayevdən xəbər var. Xalq artisti Moderator.az-a açıqlamasında əməliyyatdan sonra ev şəraitində müalicə olunduğunu və özünü yaxşı hiss etdiyini bildirib:

“Çox şükür ki, səhhətim indi yaxşıdır. Çox ağır əməliyyat keçirdim, amma həkimim Türkiyədən gəlmişdi, təcrübəli idi. Havalar soyuq olduğuna görə, evdən bayıra çıxmıram. Hələ bir müddət özümü gözləməliyəm”.

Xalq artisti Muğam Müsabiqəsinə hazırlaşdığını bildirib:

“Mart ayında təşkil olunacaq Muğam Müsabiqəsinə hazırlaşıram. Həmkarlarım seçim üçün getdilər,  mən isə səhhətimlə bağlı gedə bilmədim. Lakin müsabiqədə iştirak edəcəm. Çox sağ olun diqqətiniz üçün, hamınıza təşəkkür edirəm”.

Paylaş: