Rəmişin son durumu - Xanımı danışdı
Tarix: 28-01-2019, 11:44



Rafiq Hüseynovun (Rəmiş) səhhəti xəstəxanaya yerləşdiriləndən sonra nisbətən yaxşılaşıb.
Bu sözləri Kult.az-a açıqlamasında xalq artistinin həyat yoldaşı Gülü Hüseynova deyib. O, sənətçinin 5 gündür xəstəxanada yatdığını bildirib:
“Rəmiş hazırda Badamdarda xəstəxanada müalicə alır. Ağciyərindəki problemlərlə bağlı xəstəxanaya yerləşdirilib. Xoşqədəm Hidayətqızının himayəsi altında müalicəsinə davam edir. Həkimlər deyir ki, vəziyyəti yaxşıya doğru gedir. Nə vaxt evə buraxılacağını bilmirik. Ağciyərində oksigen çatmırdı deyə, nəfəs ala bilmirdi. İndi səhhəti nisbətən stabilləşib”.
Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov (Rəmiş) bir neçə gün öncə qonaq olduğu “Səni axtarıram” verilişindən birbaşa xəstəxanaya yerləşdirilib.

Paylaş: