Sıla ilə Ahmet Kural arasında yeni məhkəmə davası
Tarix: 28-01-2019, 11:32



Müğənni Sıla Gençoğlu ilə aktyor Ahmet Kural arasındakı məhkəmədə yeni hadisələr yaşanıb.
Open.az xəbər verir ki, Ahmet tərəfindən döyüldüyü üçün məhkəməyə müraciət edən Sıla yenidən eks sevgilisindən şikayətçi olub.
O, aktyorun və onun vəkilinin saxta dəlillərlə məhkəmənin qərarına təsir göstərməyə cəhd etdiyini vurğulayıb.
Sıla məhkəməyə təqdim olunan videoda Ahmetin onu döydüyü 6 saniyənin kəsildiyini açıqlayıb.
Müğənni bu səbəbdən eks sevgilisi və onun vəkilinin yenidən cəzalandırılmasını tələb edib.

Paylaş: