Hadisə ev almaq üçün evini satır
Tarix: 26-01-2019, 15:59



Müğənni Hadisə İstinye səmtindəki evinə girməyə cəhd edən pərəstişkarından sonra yeni ev almaq qərarına gəlib.
 “Ölkə.Az” xəbər verir ki, artıq müğənni yeni evə baxıb və dəyəri 10 milyon lirə (3.1 milyon manat) olan evi almaq üçün köhnə lüks evini satışa çıxarıb.
Hadisə jüri üzvü olduğu “O səs Türkiyə”dən hər seriyaya görə 70 min lirə (22 min manat), konsertlərindən isə 150 min lirə (45 min manatdan çox) qonorar alır.
Hadisə İstinye səmtindəki evini 1 milyon 250 min lirəyə satışa çıxarıb. Onun almaq istədiyi ev isə 250 kvadrat metrdir. Dörd otağı, bir salonu olan mənzil “Ayşe Sultan Korusu”ndadır.

Paylaş: