Onun AzTV-yə qayıdışı böyük hadisədir - Şeyx Əbdül
Tarix: 25-01-2019, 17:51



Rejissor Ramiz Həsənoğlunun yenidən televiziyaya, yaradıcılıq birliyinə qayıtması çox gözəl hadisədir.
Bu sözləri Kult.az-a Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru vəzifəsinə tanınmış rejissor Ramiz Həsənoğlunun təyin edilməsinə münasibət bildirən əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov deyib. O vurğulayıb ki, R.Həsənoğlunun qayıdışını AzTV-də əvvəlki ənənələrin yenidən canlandırılması kimi qiymətləndirmək olar:
“Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru vəzifəsinə xalq artisti Ramiz Həsənoğlunun gətirilməsinə çox sevindim. Onun kimi yaradıcı insanlar azdır, hətta demək olar ki, yox səviyyəsindədir. Ramiz bəy uzun illər kinostudiyada çalışıb. Bu qayıdış o deməkdir ki, bizim əvvəlki kimi gözəl televiziya filmlərimiz, tamaşalarımızın ərsəyə gəlməsi ənənəsi geri qayıdacaq. Düşünürəm ki, çörəyi çörəkçiyə vermək çox gözəl ənənədir”.
Qeyd edək ki, tanınmış rejissor, xalq artisti Ramiz Həsənoğlu Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru təyin edilib.

Paylaş: