"Niyə mühafizə ilə gəzim ki?" - məşhur aktrisa əsəbiləşdi
Tarix: 25-01-2019, 13:23



Türkiyəli məşhur aktrisa İrem Helvacıoğlu haqqında çıxan iddialara cavab verib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Sen Anlat Karadeniz” serialı ilə məşhurlaşan aktrisa İrem Helvacıoğlunun yaxın günlərdə sosial şəbəkələrdə mühafizə ilə gəzdiyi şəkilləri yayılıb.
Onun insanlardan qorunmaq üçün bu üsula əl atdığı iddia edilib. Şəkillər sosial şəbəkə istifadəçilərinin sərt reaksiyası ilə üzləşib.
İrem Helvacıoğlu bu iddalara cavab verərək “Bir tədbirdə idik. İçəridə çoxlu adam var idi. Demək olar ki, şəkil çəkdirmək istəyən hər kəslə şəkil çəkdirdim. Adamların sayı dayanmadan artırdı, ordan çıxa bilmək üçün mühafizəçilər mənə kömək etdi. Şəkillər səhv başa düşülüb. Trabzonda bütün günü insanların içində tək gəzirəm. Niyə mühafizə ilə gəzim ki?” deyib.

Paylaş: