"Siz yenə başlamısız?" — Azərpaşa Nemətovdan Səyavuş Aslanın oğlu barədə suala REAKSİYA
Tarix: 25-01-2019, 13:02



"Siz yenə başlamısız? Bura gəlin, danışaq".
Bu fikirləri "Ölkə.Az"ın əməkdaşının "Səyavuş Aslan uzun illər "Azdrama"da çalışıb və hazırda oğlu ağır xəstəlikdən əziyyət çəkir. Teatr olaraq ona dəstək olmaq fikriniz varmı" sualına cavabında Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri, xalq artisti Azərpaşa Nemətov səsləndirib. Xalq artisti növbəti sualı dinləmədən dəstəyi asıb.
Qeyd edək ki, mərhum sənətkar, xalq artisti Siyavuş Aslanın oğlu ATV-də yayımlanan "Bizimləsən" verilişinə müraciət edərək ağır xəstəlikdən (qaraciyər serrozu) əziyyət çəkdiyini və hostellərdə gecələdiyini bildirib.
Xatırladaq ki, S.Aslan 2013-cü ildə vəfat edib. 

Paylaş: