Arif Qazıyevin adı keçən cinayət işi: təqsirləndirilən şəxslərə cəza istənildi
Tarix: 25-01-2019, 12:01



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
Oxu.Az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 
O, Ə.Əbdüləzizin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
Proses yanvarın 28-də davam etdiriləcək. 
İttihama görə, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tikinti işləri ilə məşğul olan tanışı, “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. 
Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.  
Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb. 
Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi  Arif Qazıyevin də adı şahid qismində keçir.

Paylaş: