Tanınmış müğənni “Pəncü-şeş”in ifaçısına: Gedib hində oxusun
Tarix: 25-01-2019, 11:58



Müğənni Afət Fərmanqızının Nəsiminin sözlərinə oxuduğu “Pəncü-şeş” adlı mahnısı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Oxu.Az xəbər verir ki, müğənni dahi Nəsiminin “Məndə sığar iki cahan” adlı qəzəlinə mahnı bəstələyib və bunu sosial şəbəkələr vasitəsilə yayıb.
Hind musiqisi ladlarında yazılmış mahnının müəllifinin özü olduğunu bildirən Afət Fərmanqızı ünvanına səsləndirilən tənqidlərə cavab olaraq bildirib ki, mahnını yazmaq üçün yuxuda Nəsimidən icazə alıb. O, hətta mahnını bəyənməyən insanları özlərini tanımamaqda ittiham edib.
Ukraynanın “Qolos” adlı səs yarışması ilə tanınan azərbaycanlı müğənni Vaqif Nağıyev Afət Fərmanqızının bu bəstəsindən narahatlığını dilə gətirərək, sosial şəbəkələr vasitəsilə Mədəniyyət Nazirliyinə müraciət edib.
“Mən bilmirəm, kimə müraciət edim. Televiziyaya müraciət etməyin mənası yoxdur, çünki onların qazancı elə belə ifaçılardan çıxır. Mədəniyyət Nazirliyinə müraciət edirəm. Xahiş edirəm, onlara belə mahnıları oxumağa qadağan edin. Qoyun, toyuq hinlərində oxusunlar, amma efirə buraxmayın. Çox xahiş edirəm. Böyüyən uşaqlar bunu görür. Bunun qarşısını almaq lazımdır”.

Paylaş: