Cem Yılmaz tələbəyə verdiyi sözə əməl etdi
Tarix: 25-01-2019, 11:18



Məşhur komediya ustası Cem Yılmaz bir tələbəyə verdiyi sözə əməl edib.
“Ölkə.Az” xəbər verir ki, aktyor incəsənət fakultəsində təhsil alan tələbəyə piano bağışlayıb.
Cem Yılmaz Tvitterdə ona mesaj yazaraq piano istəyən bir pərəstişkarının sözünü yerə salmayıb. Yılmaz tələbəyə piano hədiyyə edəcəyini bildirib.
Tələbə Tvitterdə “”Arif və 216”da mahnı oxunan səhnədəki pianonu incəsənətdə təhsil alan 3 tələbəyə bağışlaya bilərsinizmi” rəyinə reaksiya verib.
Yılmaz isə rəyə müsbət cavab verib və “Satıb pulunu yeməyin, sizi döyərəm. Pianonu tapan səni də tapar. Xeyirli olsun, təşəkkürlər” cümlələrini yazıb.







 

Paylaş: