Rəqqasə Renka Didəmə nələr dedi? - Foto
Tarix: 2-06-2017, 08:46



Azərbaycanda oriyental rəqqasələr sırasında özünəməxsusluğu ilə seçilən Renka  ilə türkiyəli rəqqasə Didem Kınalı İstanbulda qarşılaşıb. 

Ulduzumsan.Az-ın məlumatına görə, türkiyənin 
elit məkanlarından birində görüşən ifaçılar fotolar çəkdirib. 

Rəqqasə Renka şəkli İnstaqram səhifəsində paylaşaraq, “Repertuarından rəqslərindən nümunə aldığım tək oriyental rəqqasə məşhur və mənim üçün əfsanəvi Didem. Dünənki bu gözəl üçün qonaqpərviliyin üçün çox təşəkkür edirəm” sözlərini yazıb. Şəkildə 
Türkiyədə yaşayan menecer Omar Şahin da yer alib. Renka, ona dəstək üçün menecer Omar Şahinatəşəkkürünü bildirib.   

Qeyd edək ki, oriyental ulduz Renka iyunun 16-da Bakıda "Elite Events Hall"da baş tutacaq konsertinə hazırlaşır. 


Paylaş: