Müğənni Abbas Bağırova 45 min manat dələduzluq edən şəxsin məhkəməsi başladı
Tarix: 24-01-2019, 18:09


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə zərərçəkmiş Xətai Yusubov vəsatətlə çıxış edərək mülki iddia qaldırdığını bildirib. Vəsatət təmin edilib, mülki iddia icraata götürülüb.
Məhkəmənin baxış iclası fevralın 5-nə təyin edilib.

İttihama görə, O.Mehrəliyev Maman Nadirovanın etibarından sui-istifadə edərək onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edərək, ondan ümumilikdə 55 min manat pul alıb.

Bundan başqa o, köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib, həmçinin, müğənni A.Bağırova məxsus, həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.

O.Mehrəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş: