Cem Yılmaz sözünə əməl elədi
Tarix: 24-01-2019, 16:23



Türkiyənin məşhur aktyoru, yumor ustası Cem Yılmaz incəsənət fakultəsində təhsil alan bir xanımın arzusunu yerinə yetirib.
AzNews.az Posta-ya istinadən xəbər verir ki, Cemin heyranlarından biri Twitter hesabında "Abi, "Arif və 2016" filmindəki pianonu fakultədəki 3 tələbəyə hədiyyə edə bilərsənmi?" yazıb.
Cem də razılaşaraq özünəməxsus tərzdə cavab verib:
"Satıb, pulunu yeməyin, yoxsa döyərəm. Pianonu tapan, səni də tapar. Xeyirli olsun! Təşəkkürlər! " - Cem cavabında belə yazıb.



Paylaş: