Abbas Bağırovun köməkçisi həbs edildi
Tarix: 23-01-2019, 16:33



Tanınmış müğənni Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib. 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, O.Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir.
Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür.
Belə ki, Orxan Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib. 
Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. 
Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var. 

Paylaş: