Ağamirzədən Kərimlə bağlı — İBRƏTAMİZ ETİRAF
Tarix: 22-01-2019, 11:34



Tanınmış meyxanaçı Ağamirzə həmkarı Kərimlə illər öncə aralarında yaranmış narazılığa aydınlıq gətirib.
 "Ölkə.Az"-ın məlumatına görə, söz ustadı verilişlərin birində bu barədə danışıb:
"Kərimin qardaşı mənə zəng vurdu. Dedi ki, hazırda klinikaların birindəyik və bizdən Kərimi klinikanın qəbul etməsi üçün külli miqdarda pul istəyirlər. Həmin vaxt bir az özümdə pul var idi, bir az da uşaqların daxıllarında. Allah şahiddir ki, uşaqların daxıllarını da sındırıb həmin pulu düzəltdim və aparıb klinikaya verdim. Ondan sonra Kərimin müalicəsinə başladılar. Amma bunu mən etmədim, Allah etdi. Ondan sonra Kərim dedi ki, sən elə bir hərəkət etdin ki, inciməyə yer qalmadı".
Qeyd edək ki, meyxanaçı Kərimin iki il öncə beyninə qan sızıb. Söz ustadı hazırda müalicəsini davam etdirir.

Paylaş: