Tramp "Ən pis aktyor" nominasiyasına layiq görülüb
Tarix: 21-01-2019, 16:27



ABŞ prezidenti Donald Tramp "Razzie" ("Qızıl moruq") antimükafatının "Ən pis aktyor" nominasiyasının qalibi olub.
Open.az "TASS"a istinadən xəbər verir ki, namizədlərin siyahısı anti-mükafat saytında yerləşdirilib.
Sözügedən mükafat Trampa Dineş de Souzanın "Millətin ölümü" və Maykl Murun "Farenheit 11/9" filmlərində sənədli kadrların çəkilişləri zamanı baş rolda pis oyununa görə verilib.
O cümlədən ABŞ-ın birinci xanımı Melaniya Tramp da "Farenheit 11/9"da çəkildiyinə görə "Ən pis ikinci dərəcəli aktrisa" nominasiyasının qalibi olub.

Qeydv edək ki, "Qızıl moruq" un 39-cu mükafat mərasimi 23 fevralda keçiriləcək. 

Paylaş: