Müğənnilər oğluna müğənni gəlin istəmir?
Tarix: 21-01-2019, 15:37



Əməkdar artist Elnarə Avdullayevanın “Oğluma müğənni qız almaram” sözlərinə bəzi şou nümayəndələri iki cəbhəyə bölüb.
 
Primetime.az xəbər verir ki, “MTV Azərbaycan”a açıqlama verən sənətçilər xanəndəni qınayıblar. Amma onlar arasında Elnarə ilə həmfikir olanlar da çıxıb:
 
Müğənni Elnarə Xəlilova özünü ideal ailə qadını hesab etdiyini söyləyib: “Özümü nümunə hesab edirəm. Təki hamı istəsin ki, mənim kimi ailə başçısı, uşaqlarının anası olsun”.
 
Müğənni Elçin Cəfərov: “Mən onun seçiminə qarışmaram. Çünki mənə də qarışan olmayıb. Özüm seçib, sevmişəm”.
 
Müğənni Lətifə Soyuöz“Bəlkə o müğənni mənim oğlumu elə sevib, ona elə sevgi verəcək ki, xoşbəxt olacaq. Həkim olsun, amma oğlumu xoşbəxt etməsin. Nədir bu?”
 
İfaçı ABD Malik: “İnsanları peşəyə bölmək olmaz. Elə müğənni var onu heç səhnəyə buraxmaq düzgün deyib, biabırçılıqdır. Amma elə müğənni var onu nümunə kimi ölkəmizdə göstərmək olar. Müğənnilik nə vaxtdan eyib peşə olub?”
 
Repçi Qurd isə nəinki övladına müğənni qız almaq, heç qızının da sənətçi ilə ailə qurmasına icazə verməyəcəyini söyləyib.
 
Müğənni İzzət Bağırov da müğənni gəlini olmasını arzulamadığını deyib.

Paylaş: