"Yadımdır axırıncı dəfə xəstəxanada olanda"
Tarix: 17-08-2017, 15:46



Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanı unutmayanlardan biri də tanınmış müğənni Səidə Sultan olub. PrimeTime.Az xəbər verir ki, ifaçı primadonnanın repertuarına müraciət edib. Səidə İ.Quliyevanı belə yad edib: "Allah sənə rəhmət eləsin. Bu gün doğum günündür. Yadımdır axırıncı dəfə xəstəxanada olanda İlhamə xanımı ziyarətə getdim. Ona dedim ki, sizin "Çiçək yağışı" mahnınızı ifa etmək istəyirəm. Dedi "halal xoşun olsun". Qismət olmadı özü dinləsin. İstədim mahnını məhz ad günündə hazır edim. Amma tam versiyasını hazırlaya bilmədik. İnşallah, tezliklə kliplə bərabər sevənlərimə də təqdim edəcəm". Qeyd edək ki, "Çiçək yağışı" mahnısının musiqisi Emin Sabitoğluna, sözləri Vaqif Səmədoğluna məxsusdur.

Paylaş: