28 ildən sonra qohumlarını tapan Zaur göz yaşlarını saxlaya bilmədi
Tarix: 19-01-2019, 12:04



Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev aparıcısı olduğu "BizimləSən" verilişindəQazaxıstanda yaşayan qohumlarını tapıb. 

UlduzumSan.Az-ın BAKU.WS-ə istinadən məlumatına görə, bir müddət əvvəl aparıcı canlı efirdə bildirib ki, uzun illərdir əmisi uşaqlarını görmür. Zaur proqramın əməkdaşlarına əmisi uşaqlarını tapmağı tapşırıb. 

Ötən gün isə verilişdə yaradıcı heyət aparıcının qohumlarını tapdıqlarını bildirib. 

Z. Baxşəliyevin Qazaxıstanın Almatı şəhərində yaşayan qohumları skayp bağlantısı ilə onunla danışıblar. 

28 ildən sonra qohumlarını tapan Zaur Baxşəliyev göz yaşlarına hakim ola bilməyib.

VİDEO BURADA​​​

Paylaş: