“Çirkli saçla seriala çəkilirdim…”
Tarix: 18-01-2019, 12:58



“Game of Thrones” (Taxt oyunları) serialının Sansa Starkı Sofi Työrner hər kəsi təəccübləndirəcək bir açıqlama verib. 
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, məşhur aktrisa etiraf edib ki, ekran işinin çəkilişləri zamanı saçlarını yumayıb. 
“InStyle” jurnalına danışan 22 yaşlı ulduz çirkli saçla kamera qarşısına keçib: “Beş sezon saçıma su dəymədi, yumadım. Buna icazə yox idi. Çirkli saçla serialda rol alırdım ki, inandırıcı olsun. Çox iyrənc görünürdüm”. 
 




Paylaş: