Meyxanaçı Namiqin əsl peşəsi eşidənləri təəccübləndirdi
Tarix: 18-01-2019, 12:42



Meyxanaçı Namiq Məna ixtisasca aktyor imiş.

BiG.AZ xəbər verir ki, bunu Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində həmkarı Vüqar Əbdülov deyib. O bildirib ki, N.Məna Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino aktyorluq fakültəsini bitirib:

"İndi çoxları öz ixtisası yox, seçdiyi peşə ilə məşğuldur. Məsələn, meyxanaçı Namiq Məna aktyordur. Bu yaxınlarda da "Niyə" filmində rəis obrazını canlandırıb. Mən də Namiqlə eyni universiteti bitirmişəm. Amma meyxana deməklə məşğulam".

Qeyd edək ki, Namiq Məna Azərbaycan Yazıçılar Birliyinin Qubadlı rayon Bölməsinin sədridir.

Paylaş: