"Qadınla kişinin dostluğuna yaxşı baxıram" - Aparıcı Rövşanə
Tarix: 18-01-2019, 12:39


Aparıcı Rövşanə Ağasəfqızı ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, qadınla kişinin dostluq münasibətlərindən danışan aparıcı bu münasibəti normal qəbul etdiyini bildirib:

"Qadınla kişinin dost olmağına pis baxmıram. Mən özüm də uzun illərdir televiziyada işləyirəm. Bu sahədə çoxlu oğlan dostlarım var. Dostluq etməyi bacarmaq özü bir istedaddır. Elgiz də mənim ən yaxşı dostlarımdan biridir. Onunla işləmişik, heç vaxt aramızda problem olmayıb. Bir-birimizdən inciməmişik".

R.Ağasəfqızı aparıcı Elgiz Əkbərin "Əli Mirəliyevlə dost ola bilərsinizmi?" sualına isə belə cavab verib:

"Onunla heç vaxt dost ola bilmərəm. Çox hay-küyçüdür. İmkan vermir danışmağa".

Paylaş: