Üzünü dartdıran əməkdar artist yeni görkəmdə efirdə ilk dəfə
Tarix: 17-01-2019, 18:01



Üzünü estetik əməliyyatla dartdıran əməkdar artist ilk dəfə efirə çıxıb.
 
Primetime.az xəbər verir ki, ARB TV-nin “Səhər-Səhər” proqramının budəfəki qonağı aktrisa, əməkdar artist Nahidə Orucova olub.
 
Uzun müddətdən sonra aktrisa yeni görkəmdə efirlərə qayıdıb. Aktrisanın yeni görkəmi proqramın aparıcılarını da heyrətləndirib.
 
Belə ki, əvvəlcə 116 kq olan əməkdar artist uzun müddətdən sonra istədiyi çəkiyə gələrək arıqlamağı bacarıb.



Paylaş: