"Yaxşı ki, sevgilim soğan yeyir, rahat öpüşəcəyik"
Tarix: 17-01-2019, 17:43



Rusiyalı müğənni Olqa Buzova sosial media hesabındakı paylaşımla diqqət çəkib.

O, “Instagram Story”də yeni sevgilisi ilə şam yeməyindən foto yayımlayıb.

Görüntülərdə cütlüyün əllərində şampan şərabı yer alıb. Lakin, Olqa sevgilisinin kimliyini gizlədib. 

Müğənni bildirib ki, soğanlı "Lobster" yeyəcəklər:

“Yaxşı ki, sevgilim də soğan yeyir, biz buna görə də rahat öpüşə biləcəyik”.

Olqa əllərin sahibinin kim olduğunu gizlətsə də, fanatları sirli şəxsin kimliyi üçün axtarışa çıxıblar. Onların “təxmin siyahısı”nda əsas yeri Roman Qritsenko tutub.

mənbəzz: axsam.az
"Yaxşı ki, sevgilim soğan yeyir, rahat öpüşəcəyik"
"Yaxşı ki, sevgilim soğan yeyir, rahat öpüşəcəyik"

Paylaş: