İki qalmaqallı məşhurumuz barışdı
Tarix: 17-01-2019, 12:25



Əməkdar artist Röya Ayxanla  müğənni Nigar Camal barışıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədəTarix Əliyev (Tolik) aparıcısı olduğu “Hər şey daxil” proqramında danışıb. 
Prodüser söyləyib ki, tədbirlərin birində Röya Nigara yaxınlaşaraq barışıq addımı atıb: “Dövlət tədbiri idi. Orada xalq artisti Zülfiyyə Xanbabayeva, Miri Yusif, Nigar Camal və başqaları var idi. Həmin an Röya da ora gəldi. Nigar Röyanı görüb sıxıldı. Amma Röya Nigarı qucaqlayıb öpdü. Dedi ki, kin saxlamır”. 
Xatırladaq ki, Nigarla Röya ötən il “Altın Kelebek” mükafat gecəsindən sonra qalmaqallı şəkildə dostluqlarına son qoyublar. 
 


Paylaş: