Xəyalə Aysunun onu öpmək istəməsindən danışdı: “Arxamı görmürdüm”
Tarix: 16-01-2019, 11:35



Aktrisa Xəyalə Quliyeva  “Ən yaxşısı” verilişinin qonağı olub. 
 
Primetime.az xəbər verir ki, aktrisa şounun buraxılışlarının birində qonaq olan müğənni Aysun İsmayılovanı öpməməsinə aydınlıq gətirib:
 
“Yarışmadan çıxandan sonra xəbərlərə baxdım ki, belə bir başlıq yazıblar ki, Aysun gəlib oxuyub, Xəyalə ona üzünü döndərib. Birincisi, biz çox yorğun idik. Orada heç başımızı qaldırıb kiməsə baxmağa halımız yox idi. Bizdən sağ tərəfdə də monitorlar var idi. Özümüzə oradan baxırdıq. Aysun oxuya-oxuya gəldi keçdi arxa tərəfə. O arxaya keçəndə mən ona monitordan baxmaq istədim, çünki arxamı görmürəm. Mən dönüb monitora baxan anda Aysun üzünü gətirdi öpməyə. Elə alındı ki, o məni öpür, mən isə üzümü çevirirəm”.
 
Qeyd edək ki  Xəyalə “Maşın şou”nun 17-ci sürətinin finalında aparıcı Ranar Musayevə qalib gələrək maşına sahib olub.

Paylaş: