“Eurovision”un ulduz qonağı odur
Tarix: 16-01-2019, 11:09



Amerikanın pop ulduzu madonna “Eurovision 2019” mahnı müsabiqəsində çıxış edəcək.“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.  
Qeyd olunub ki, bu ilin may ayında Təl – Əvivdə keçirilən beynəlxalq yarışmanın ulduz qonağı Madonna olacaq. 
Hətta tərəflər arasında görüş baş tutub, müğənni çıxışa razılıq verib. Lakin təşkilatçılarla sənətçi arasında qonorar məsələsində müzakirələr davam edir. 
Xatırladaq ki, İsveçdə keçirilən “Eurovision 2016” mahnı müsabiqəsində dünyaca məşhur müğənni Justin Timberlake çıxış etmişdi.
Bakıda baş tutan yarışmanın ulduzlu qonağı isə Rusiyada fəaliyyət göstərən xalq artisti Emin Ağalarov olub. 

Paylaş: