Aybəniz Haşımova: "Həsən bu mahnını böyük məharətlə ifa edib"
Tarix: 15-01-2019, 15:29



“Kor Ərəbin mahnısı”nın Naxçıvanda çəkilən hissələri artıq başa çatıb.
Bu barədə AzNews.az-a açıqlamasında əməkdar artist Aybəniz Haşımova bildirib.

Sənətçi böyük Cavidin sözlərinə yazılan “Kor Ərəbin mahnısı”nın kiçik ifaçısından danışıb:
“Tələbəm Həsən Əliyev bu mahnını çox böyük məharətlə ifa edib. Bütün tələbələrim kimi Həsənin də uğurarına inanır və ona daha böyük uğurlar diləyirəm” - deyə, sənətçi vurğulayıb.

A.Haşımova klipin çəkilişləri ilə bağlı göstərdiyi diqqət və qayğıya görə Naxçıvan MR Ali Məclisinin sədri Vasif TalIbova minnətdarlığını bildirib.

Paylaş: