Nəsimi üçün Suriyaya kimlər getmişdi? – Unikal video
Tarix: 14-01-2019, 13:01



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqda sərəncam imzalaması görkəmli şair İmadəddin Nəsimi ilə bağlı bir sıra maraqlı faktların yenidən gündəmə gəlməsinə səbəb olub. Şairin yaradıcılığı, ortaya qoyduğu fəlsəfi baxışları ilə yanaşı, onun fəaliyyət göstərdiyi, eləcə də dəfn edildiyi yer diqqət mərkəzindədir.
Mənbələrdə yazılır ki, Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb. 1968-ci ildə xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. O, Bakıya qayıdandan sonra “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi “Cahana sığmayan şairin qərib məzarı” adlı məqaləsində böyük şairdən bəhs edib.
Sonralar Azərbaycan hökumətinin dəstəyi ilə Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.
Hətta Azərbaycan nümayəndə heyəti Suriyanın Hələb şəhərinə gedərək, görkəmli şairin məzarını ziyarət edib.
Kult.az rejissor Füzuli Sabiroğlunun sözügedən ziyarətlə bağlı üzə çıxardığı nadir videonu təqdim edir:





Paylaş: