“Bakıda ilk Şaxta baba mən olmuşam” - Xalq artisti
Tarix: 14-01-2019, 12:37



“Atam Məlik Dadaşov çox məşhur şaxta baba idi. İndi Şaxta babalıq mənə daha çox yaraşır, o zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim, məni heç kim tanımırdı”. 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Rafael Dadaşov “Hüseynova bacıları” proqramına qonaq olarkən deyib. Məşhur aktyor verilişdə qeyd edib ki, ilk Şaxta baba o olub:
“Naxçıvandan gəlmişdim, 1- 2 il idi Bakıdaydım. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə Şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966-1967-ci illərdə şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağac, çemodanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım. Bunu ilk mən etdim. Xüsusi sifariş deyildi. Bir bağçadan digər bağçaya çatdırmırdım. İndiyədək yadımdadır”. 

Paylaş: