Aparıcı Zaur Xoşqədəmə bahalı hədiyyə verən Şəbnəmə: "Camaata brilliant üzük alırsan, mənə isə..."
Tarix: 14-01-2019, 11:54



Sevilən müğənni Şəbnəm Tovuzlu ATV-də yayımlanan "Zaurla Günaydın" verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, tort alıb gətirən xanım ifaçı ilə Zaur arasında maraqlı dialoq yaşanıb. Zaur Şəbnəmin gətirdiyi tortu kiçik hesab edərək "Camaata brilliant üzük alıb aparırsan, mənə isə kiçik tort" deyib. Onun bu sözləri hər kəsin gülüşünə səbəb olub.

Qeyd edək ki, Ş.Tovuzlu Xoşqədəm Hidayətqızına brilliant üzük hədiyyə etmiş, həmin bahalı hədiyyə Xəzər TV-də yayımlanan "5/5" verilişində təqdim olunmuşdu.

[media=https://www.youtube.com/watch?time_continue=1&v=mTJ43ghkQZ0]



Paylaş: