“Taxt oyunları”nın sonuncu mövsümü nə vaxt başlayır?
Tarix: 14-01-2019, 10:15



ABŞ-ın ən məşhur fentezi seriallarından olan “Taxt Oyunları”nın sonuncu – sayca səkkizinci mövsümü aprel ayında start götürəcək.
Bu barədə serialın rəsmi “YouTube” kanalında tizer yayımlanıb.
Videoçarxın xronometrajı dəqiqə yarımdan ibarətdir. Baş qəhrəmanlar Con Snou, Sansa və Arya Starki Vinterefell qəsrinin məqbərəsində gəzərək, öz əcdadlarının səslərini eşidir. Tizerin sonunda mövsümün aprelin 14-dən etibarən yayımlanacağı qeyd olunur.
Qeyd edək ki, “Taxt Oyunları” serialı məşhur amerikalı yazıçı Corc Martinin “Buzla alovun nəğməsi” bədii silsiləsinin motivləri əsasında yaradılıb. Serialın ilk epizodları 2011-ci ildə yayımlanıb. Serial və çəkiliş heyəti ümumilikdə 38 “Emmi” mükafatçısı olub.(oxu.az)

Paylaş: