Məşhur aktyor marketdə torbaların pulla satılmasına belə etiraz etdi
Tarix: 12-01-2019, 13:00



"Diriliş Ertuğrul" serialında "Dragos" obrazını canlandıran aktyor İlker Aksum alış-veriş edərkən görüntülənib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor marketdə torbaların pulla satılmasından danışıb və bu qərara etiraz edib:

"Gülməli haldır. Həm pul verirəm, həm də o markanın reklamını edirəm".

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi, Ətraf Mühit Qanunu və Bəzi qanunlarda dəyişikliklər təklifini qəbul edib. Plastik (sellofan) paketlər istehlakçıya ən azı 25 kuruşdan (təxminən 8-10 qəpik) satılacaq. Plastik paketləri ödənişsiz verən satış nöqtələrinə, satış sahəsinin hər kvadrat metri üçün 10 lirə cərimə tətbiq olunacaq.


Məşhur aktyor marketdə torbaların pulla satılmasına belə etiraz etdi - FOTOLAR
Məşhur aktyor marketdə torbaların pulla satılmasına belə etiraz etdi - FOTOLAR

Paylaş: