Rəqsanənin oğlu hələ də xəstəxanadadır
Tarix: 12-01-2019, 12:24



Müğənni Rəqsanə İsmayılovanın əkizlərindən biri hələ də xəstəxanadadır. 

Axşam.az-ın məlumatına görə, bu haqda ifaçının qızı Aysun İsmayılova "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, oğlan hələ də həkim nəzarətindədir:

"Qızımız çox yaxşıdır, səhər 6-dan oyanır ki, məni oynadın. Oğlan isə hələ xəstəxanadadır. Hələ çıxartmamışıq. Bir az zəifdir. Deyirlər, əkizlər həmişə belə olur: biri güclü, biri zəif". 

Qeyd edək ki, Rəqsanə 7 aylığında doğulan əkizlərinə Mihrimah və Muhamməd adını qoyub.

Paylaş: