Türkiyədə yaşayan Seva: "Oğluma müğənni qız alaram, amma anam...”
Tarix: 11-01-2019, 17:55



“Çox həyəcanlı və qürurluyam. Türkiyədə 1 mahnı ərsəyə gətirdiyimə baxmayaraq Mood mükafatına layiq görüldüm. İnsanlar məni sevdi, dəyər verdi. Mən də onları sevirəm. Türkiyədə sevilmək üçün incə çərçivələr var. Onu qorumaq lazımdır. İnsanların bir dili var, o da sevgi dilidir. Bir-birimizi sevsək, bütün uğurları qazana bilərik”.
Bu sözləri musavat.com saytına müsahibəsində Türkiyədə yaşayan və fəaliyyət göstərən müğənni Sevinc Ağaşirinova deyib.
O, yeni işlərindən də bəhs edib: “İl başlayar-başlamaz “Deli kızım” adlı mahnım və klipim işıq üzü gördü və bəyənildi.  3 ildir ki, Azərbaycandan köçmüşəm, fərqli ölkələrdə yaşadım, 1 ildir ki, İstanbuldayam. İşlərimlə məşğulam. Bir toplum var ki, məni sevir. Sevgi olmasa, yaşaya bilmərəm”.
- Öncə Röya, sonra Aygün Kazımova Altın Kelebekə layiq görüldü. Amma iddialar da oldu ki, onlar lazımi səviyyədə təqdim olunmadı.
- Mən hər kəsin uğuruna sevinirəm, paxıl deyiləm. Röya və Aygün xanım mükafat aldılar, inşallah başqa sənətçilərimiz də qazanar. Allah, dostlarım şahiddir ki, İstanbula gələn dostlarıma, insanlara necə can yandırıram. Amma bəzi azərbaycanlılar məni sevmir, onların üstündən xətt çəkirəm. Bundan sonra necə salam versələr, elə də cavab alacaqlar. Əvvəlki Sevinc yoxdur, indi Seva var. İnsanlara ürəyimin yağını verirəm, qədrini bilməyənlərə o yağ zəhər olsun. Ayağıma daş dəydikcə dostu, düşməni ayıra bilirəm.
- Aktrisa Pərvin Abıyeva demişdi ki, Türkiyədə azərbaycanlı aktrisalardan ancaq o tanınır. Bu da qalmaqala səbəb olmuşdu. Sizcə, Türkiyədə kimlər tanınır?
- İstəyirəm ki, bütün sənətçilərimiz tanınsın. Nəinki, Azərbaycanda bütün dünyada tanınsınlar, ölkəmizin səsi ucalardan gəlsin. Türkiyədə Röyanı, Güneli, Üzeyiri, Ayseli tanıyırlar. Onların adına sevinirəm.
- Şou-biznesdə tez-tez oğluma müğənni qız almaram” temaları müzakirə olunur, qalmaqal yaradır. Sevincin bu mübahisələr münasibəti necədir?
- Mən oğluma müğənni qız alaram? Əlbəttə, alaram. Müğənni qız insan deyil? O qədər gözəl ailəsi olan, əxlaqlı müğənnilərimiz var. Təki xoşbəxt olsunlar. Amma anam deyir, olmaz. Rəqqasə də, müğənni də, jurnalist də alaram.
- Yenidən ailə həyatı qurmaq haqqında necə düşünürsünüz?
- Yaxşı təklif gəlsə, niyə də yox?! Zarafat edirəm. hazırda işlərimlə məşğul olmaq istəyirəm. Heç nəyin işimin önünə keçməsini istəmirəm. Bir az uğur qazanım, sonra şəxsi həyatı düşünəcəyəm.



Paylaş: