“Musanın ağ tellərini sevirəm” – Təranə Qumral
Tarix: 11-01-2019, 17:44



“Yaş kişidə və qadında özünü göstərir. Bilirik ki, 35 yaşdan sonra saç yavaş-yavaş ağarmağa başlayır. Kimi saç boyasını qoyub üstünü örtür. Mən isə Musanın ağ tellərini sevirəm”.
 
Primetime.az xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral “Səhər-səhər” proqramına qonaq olarkən deyib.
 
O, həyat yoldaşı, ifaçı Musa Musayevin ağ saçlarına heyran olduğunu bildirib.  Verilişin digər qonağı M. Musayev isə söyləyib ki, “ağsaqqal” olmaq arzusundır:
 
“Mənim uşaqlıq arzu idi. Hər zaman ağsaqqal, məndən böyük insanlara baxanda deyirdim ki, kaş böyüyüb, yaşa dolaydım, mənim də ağ saçlarım olardı. Mən o həsrətlə yaşamışam. Amma ağ saçları qaranın altında gizlədib özümə ağsaqqal deyə bilmərəm. Hər bir yaşın öz gözəlliyi var”.

Paylaş: