Şeyma Subaşı Acun Ilıcalıdan boşandı, indi də fransızla görüşür
Tarix: 11-01-2019, 13:06



Türkiyənin TV8 kanalının sahibi Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının birlikdə vaxt keçirdiyi və səmimi görüntülər sərgilədiyi fransız DJ Guido ilk dəfə danışdı.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Acun Ilıcalı ilə boşandıqdan sonra bütün şou-biznes müxbirlərinin diqqətini özünə çəkən Şeyma Meksikada fransız DJ ilə görüntülənib. Sevgili olma iddialarına həftələrdir cavab verməyən tərəflər səssizliklərini pozublar.
Belə ki, DJ Guido Senia İstagramda izləyicisinin “Şeyma ilə bağlı suallara cavab vermirsiniz. Bir münasibətiniz varmı?” sualına DJ “Kim bilər! Hər şeyi zamana buraxmalıyıq” cavabını verib.

Paylaş: