“Aygün və Röya ilə qəti duet oxumaram” - Xalq artisti
Tarix: 11-01-2019, 13:00



Xalq artisti Teymur Mustafayev (Teymur əmi) "5/5" verilişinin qonağı olub
Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal muğam ifaçısına "Aygün Kazımova, Röya, Damla - hansı ilə duet oxuyardınız" sualını ünvanlayıb. Teymur əmi isə ona etiraz edib:
"1964-cü ildə Nəzakət Məmmədova ilə oxudum, möhrün qoydum. Heç biri ilə, qəti oxumaram. Heç nədən qorxmuram".
Zaurun "Brilliant Dadaşova ilə Mirzə babyev duet oxudu, pis idi?" sualına Teymur əmi "Gərək hər kəs öz babını tapsın. Onlar estrada oxuyan idi, onlara olar. Mən xalq üslubunda oxuyuram, mənə olmaz" cavabını verib.

Paylaş: