Məşhur sovet aktrisası vəfat etdi
Tarix: 16-08-2017, 18:08


Rusiyanın Xalq artisti Vera Qlaqoleva bu gün 62 yaşında vəfat edib.
 
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Vera Vitalyevna onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
 
Vera Qlaqoleva”Dünyanın o başında”, “Düşmənlər”, “Ağ qu quşlarına güllə atmayın”, “Sənin haqqında”, “İz ilə gedənlər”, “Təzə evlənənlər üçün çətir” filmlərinə çəkilib. “Kapitana ərə getmək” filmi ilə məşhurlaşıb. 1986-cı ildə “Sovetskiy ekran” jurnalı bu filmdəki roluna görə Veranı “İlin ən yaxşı aktrisası” seçib.
 
Rejissor kimi Vera Qlaqoleva “Sınan işıq”, “Sifariş”, “Şeytan çarxı”, “Eyni müharibə”, “Iki qadın” filmlərini çəkib.

Paylaş: