Bakı Gözəli-2017" Gözəllik Yarışmasının Final Gecəsinin tarixi məlum oldu
Tarix: 16-08-2017, 17:50



Şou Prodakşn tərəfindən təşkil olunan "Bakı Gözəli-2017" Gözəllik Yarışmasının Final Gecəsi 26 Avqust saat 20:00-da Capitol-da baş tutacaq.

UlduzumSan.Az xəbər verir ki, təşkilat komitəsindən verilən məlumata görə Final gecəsində surpiriz qonaqlar da olacaq. Finala vəsiqə qazanmış xanımlar arasından qalibləri müyyən etmək üçün həm münsiflərin verdiyi səslərdən, həmdə Final gecəsində iştirak edəcək qonaqların verdiyi səsvermədən istifadə olunacaq. Beləki Final Gecəsinə giriş yalnız Dəvətnamə ilə olacaq və dəvətnamə əldə edərək gecədə iştirak edən qonaqların hər biri dəstəklədiyi iştirakçıya səs vermək imkanı qazanacaq, hər bir qonağın bir səsvermə hüququ olacaq. Yekunda münsiflərin səsverməsi ilə qonaqların verdiyi səslər toplanaraq qaliblər müəyyən olunacaq. Qeyd edək ki, yekunda səslərin 50% münsiflər, 50% isə qonaqların verdiyi səslər olacaq. Birinci yerin qalibinə layihənin təşkilatı dəstəkcisi olan “Marvel Tours” Turizm şirkəti tərəfindən Türkiyəyə istirahət kuponu, Şou Prodakşn tərəfindən tac, lent, diplom və s. təqdim olunacaq, digər yerlərin sahiblərinə də lent, diplom və s. müxtəlif növ hədiyyə və mükafatlar təqdim olunacaq. İnformasiya dəstəyi: Səs İnformasiya Agentliyi , Showxeber.az , Xeberaz.az, Dia.az , UlduzumSan.Az




Paylaş: